User ID

user identification İstifadəçinin identifikasiya kodu – verilənlərin emalı sistemi tərəfindən istifadəçini identifikasiya etmək üçün istifadə edilən simvol sətri və ya şablon.
URL
User profile
OBASTAN VİKİ
User
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
.id
.id — İndoneziyanın internet kodu.
İd
İd, ID
User account

İd (Alye)
İd (fr. Hyds) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Kommantri kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03129. 2008-ci ildə əhalinin sayı 308 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 210 nəfərin (15-64 yaş arasında) 148 nəfəri iqtisadi cəhətdən fəal, 62 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 70.5%, 1999-cu ildə bu 69.1%). Fəal olan 148 nəfərdən 133 nəfər (72 kişi və 61 qadın), 15 nəfər işsiz (10 kişi və 5 qadın) idi. Fəal olmayan 16 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 22 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
İd Kah məscidi
İd Kah məscidi — (uyğ. ھېيتگاھ مەسچىتى; çin. 艾提尕尔清真寺; fars dilində: عیدگاه, Eydgah, mənası "Bayram, şənlik yeri") Çinin, Sintszyan-Uyğur Muxtar Rayonunun, Qaşqar şəhərində yerləşən məscid. İd Kah məscidi Sintszyan-Uyğur Muxtar Rayonunda ən böyük məsciddir və Çindəki ən böyük məscidlərdən biridir. Hər cümə təxminən 10.000 nəfər ibadət edir və 20.000 nəfərə qədər insan məsciddə ibadət edə bilər. Məscid Əmir Seyid Əlinin iki oğlundan böyüyü Saqsız Mirzə tərəfindən tikilmişdir. Atalarının xatirəsini yad etmək üçün 1442-ci ildə tikilən məscid (996-cı ilə aid köhnə tikililəri özündə birləşdirsə də) 16.800 kvadrat metr ərazini əhatə edir. Məscidin müasir qızıl kərpicdən olan tikilisi 1798-ci ildə inşa edilmişdir və 1832-ci ildə mövcud ölçüsünə qədər daha da genişləndirilmişdir. 9 avqust 1933-cü ildə Çin Respublikası Milli İnqilab Ordusunun 36-cı müsəlman Diviziyasının generalı huey Ma Çzanq Kumul üsyanının uyğur liderlərindən olan Timur Bəyi öldürdü və başını kəsib İd Kah məscidində süngü üzərinə keçirərək ümumi tamaşaya qoydu. 1934-cü ilin martında uyğur əmiri Abdulla Buğranın da başının kəsildiyi, başının İd Kah məscidində göstərildiyi mənbələrdə əksini tapmışdır.
İd, eqo və supereqo
İd, eqo və supereqo — Ziqmund Freydə məxsus psixikanın struktur modelini təşkil edən 3 psixi aparatdan biri. Bu üç aparatın fəallığı və qarşılıqlı əlaqəsi insanın psixi həyatını təsvir edir. Bu psixi modelə əsasən "İd" özündə bir-birinə bağlı olmayan instinktiv meylləri cəmləşdirir, "supereqo" tənqidi və nəsihət verici rol oynayır, "eqo" isə mütəşəkkil və real hissə olmaqla, "id"-in istəkləri ilə "supereqo" arasında aralıq rola malikdir. "Supereqo" insanın istədiyi hərəkəti etməsinin qarşısını almaq gücünə malidkir. Bu konsepsiya Freydin yaradıcılığının daha gec mərhələlərində yaranmış və 1920-ci ildə nəşr edilmiş əsərində müzakirə edilmişdir. İd şəxsiyyətin quruluşunun qeyri-mütəşəkkil hissəsi olmaqla, özündə insanın başlıca instiktiv meylləri ehtiva edir. İd şəxsiyyətin yeganə elementidir ki, doğuşdan etibarən mövcud olur. Bu, insanın fiziki tələbatlarının, arzu, istək və impulslarının, xüsusilə, insanın seksual və aqressiv istəklərinin mənbəyidir. İd, özündə obyektiv reallığın tələblərindən asılı olmayan instiktiv hərəkətin ilkin mənbəyi hesab edilən libidonu ehtiva edir. İd "həzz prinsipi" (hər hansı impulsun dərhal təmin edilməsinə çalışan hərəkətlərin stimullaşdırması) əsasında fəaliyyət göstərir.
İd, eqo və super-eqo